İDMAN

Fransa böyük məbləğdə cərimələndi

UEFA İntizam komitəsi oyunun gec başlaması və himnin səhv səsləndirilməsinə görə bu gün çıxardığı qərara əsasən Fransanı cərimələyib
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. UEFA Fransa Futbol Federasiyasını 20 min avro məbləğində cərimələyib. Sputnik Azərbaycan xəbər verir ki, cəriməyə səbəb Avro 2020 seçmə oyunları çərçivəsində Albaniya ilə oyunda səhv himn səsləndirilməsi olub.

FİFA-dan gözlənilməz qərar - hazırlıq müddətini azaltdı

Belə ki, Stad de-Frans stadionunda Andorra himni səsləndirilib. Səhvi düzəltmək isə müəyyən vaxt aparıb. Ona görə də oyunun başlanma vaxtı gecikib. Buraxılan səhvə görə Fransa prezidenti Makron, eləcə də Fransa yığma komandasının baş məşqçisi Didye Deşam üzr istəyiblər.

UEFA İntizam komitəsi oyunun gec başlaması və himnin səhv səsləndirilməsinə görə bu gün çıxardığı qərara əsasən Fransanı cərimələyib.

Qeyd edək ki, 4:1 hesabı ilə bitən qarşılaşmada fransızlardan iki dəfə Kinqsli Koman, Olivye Jiru və Conatan İkone fərqləniblər.