İDMAN

Məşhur futbol klubu fəaliyyətini dayandırdı

Klubun oyunları satması məsələsi sübuta yetirildikdən sonra "Palermo"nun prezidenti Maurisio Zamparini gözaltına alınıb. O dələduzluqda, eyni zamanda maliyyə maxinasiyalarına rəhbərlik etməkdə günahlandırılır
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. İtaliyanın "Palermo" klubu fəaliyyətini dayandırıb.

Məşhur futbolçu qızını belə sevindirdi

Sputnik Azərbaycan "Corriere dello Sport"a istinadən xəbər verir ki, Palermo məhkəməsi klubun müflis olduğunu bu gün rəsmən təsdiqləyib.

İki dəfə A seriyasında 5-ci yeri tutan komanda 2011-ci ildə ölkə kubokunun finalçısı olub. Ötən mövsümdə B seriyasında çıxış edən klub maliyyə şərtlərinə əməl etmədiyi üçün oradan kənarlaşdırılıb. Klubun oyunları satması məsələsi sübuta yetirildikdən sonra "Palermo"nun prezidenti Maurisio Zamparini saxlanılıb. O dələduzluqda, eyni zamanda maliyyə maxinasiyalarına rəhbərlik etməkdə günahlandırılır.

Qeyd edək ki, "Palermo" ilk olaraq 1900-cü ildə yaradılsa da, sonradan 1920, 1941-ci illərdə yenidən təsis edilib. İndiki klub isə 1987-ci ildə yaranıb.