FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Astaranın ətirli "zümrüdləri": Yeni ilin dadlı rəmzi süfrələrə yol alır

Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Astara sitrusçuları tezyetişən “Karli” sortundan olan naringilərin yığımına başlayıblar. Kijəbə qəsəbəsinin sakini Yalçın Ağayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə əsasən, xaricdən gətirilmiş “Karli” naringi sortunun ağacları yerli naringi ağaclarına nisbətən az məhsul verirlər: "Bir ağacdan bu il 30-40 kiloqram məhsul toplaya bilirik. Amma yerli naringi ağacları isə 70-150 kiloqrama qədər məhsul  verir. Məhsulumuzu ancaq paytaxt bazarlarına və yerli bazarlara satışa çıxarırıq. Xarici bazarlara naringi göndərməmişik. Meyvələrin yerində topdansatış qiymətləri 70-90 qəpik arasında dəyişir”. 

Astarada qızğın iş gedir: nübarı Rusiyaya göndərirlər

Digər təsərrüfat sahibi Rəşad Musayev isə yığdıqları meyvələrin satışlarında problem olmadığını deyir: “Qiymətlər alıcıları qane edir. Məhsulumuzu hələlik ancaq daxili bazarlarda satışa çıxarırıq”.

Sitrus təsərrüfatı ilə məşğul olan Ağadadaş Qənbərov bildirdi ki, ağaclarda meyvələr seyrək olsa da yüksək keyfiyyətlidir: “Bu il çox möhkəm quraqlıq oldu və sitrus ağacları qurumağa başladı. Amma “Azərbaycan kənd investisiya layihəsi”nin dəstəyi ilə suvarma sistemi təşkil olundu. Təxminəm 300-ə yaxın təsərrüfat həmin suvarma sistemindən bəhrələndi”.

Qeyd edək ki, Astara rayonunun Kijəbə qəsəbəsində təxminən 1500-1600 sitrus təsərrüfatı var.

1 / 15
Astarada naringi yığımına başlanılıb
2 / 15
Astarada naringi yığımına başlanılıb
3 / 15
Astarada naringi yığımına başlanılıb
4 / 15
Astarada naringi yığımına başlanılıb
5 / 15
Astarada naringi yığımına başlanılıb
6 / 15
Astarada naringi yığımına başlanılıb
7 / 15
Astarada naringi yığımına başlanılıb
8 / 15
Astarada naringi yığımına başlanılıb
9 / 15
Astarada naringi yığımına başlanılıb
10 / 15
Astarada naringi yığımına başlanılıb
11 / 15
Astarada naringi yığımına başlanılıb
12 / 15
Astarada naringi yığımına başlanılıb
13 / 15
Astarada naringi yığımına başlanılıb
14 / 15
Astarada naringi yığımına başlanılıb
15 / 15
Astarada naringi yığımına başlanılıb