SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Arif Hacılı yenə Müsavat başqanı seçildi

Qurultay zamanı Tofiq Yaqublu və Yadigar Sadıqlı ilə partiyanın keçmiş rəhbəri İsa Qəmbər arasında mübahisə düşüb. Namizədlər İsa Qəmbərin onların çıxışına müdaxiləsinə etiraz ediblər
Sputnik

BAKI, 13 oktyabr – Sputnik. Bakıda “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) Müsavat Partiyasının IX qurultayı keçirilir.

Azərbaycanda keçmiş partiya sədri vəfat edib

Sputnik Azərbaycan xəbər verir ki, hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı Müsavat Partiyasının başqanı postuna namizəd olublar.

Qurultay zamanı Tofiq Yaqublu və Yadigar Sadıqlı ilə partiyanın keçmiş rəhbəri İsa Qəmbər arasında mübahisə düşüb. Namizədlər İsa Qəmbərin onların çıxışına müdaxiləsinə etiraz ediblər.

Səsvermənin nəticələrinə görə Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib.