BAKI, 2 oktyabr — Sputnik. 30 sentyabr 2019-cu il tarixində Azərbaycanda pul bazası 10 milyard 217 milyon 300 min manat təşkil edib.
Sputnik Azərbaycan Mərkəzi Banka istinadla xəbər verir ki, pul bazası avqust ayının sonu ilə müqayisədə sentyabrda 59 milyon 700 min manat artıb.
İyul ayı ilə müqayisədə avqustda pul bazası 416,7 milyon manat azalmışdı. 31 iyulda pul bazası 10 milyard 574.3 milyon manata çatmışdı.
2018-ci ilin sonu ilə müqayisədə isə pul bazası 671 milyon 600 min manat artıb.
Qeyd edək ki, pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.