"Ya hamıya qadağan edin, ya da hamıda olsun" - Ərdoğan nüvə silahları haqda

"Kimin ki nüvə silahı var, ondan təzyiq vasitəsi kimi istifadə edir, olmayanları hədələyir. Ya onu hamı üçün qadağan etmək, ya da hamıya icazə vermək lazımdır"
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan nüvə silahının təzyiq rıçağı kimi istifadə edilməsini ədalətsiz adlandırıb.

Qiyamət gününün ssenarisi: Dünya bu səbəblərdən məhv olacaq

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, Ərdoğan ya bu silahı qadağan etməyə, ya da bütün ölkələr üçün əlçatan etməyə çağırıb.

"Bu gün ədalətsizlik problemi ilə üz-üzəyik. Kimin ki nüvə silahı var, ondan təzyiq vasitəsi kimi istifadə edir, olmayanları hədələyir. Ya onu hamı üçün qadağan etmək, ya da hamıya icazə vermək lazımdır", - Ərdoğan deyib.

O, həmçinin BMT-nin Təşlükəsizlik Şurasının tərkibini dəyişməyi də təklif edib: "Dünya 5 ölkədən (TŞ-nin daimi üzvlərindən) çoxdur. Bu mentaliteti dəyişməyin vaxtı çoxdan çatıb".