Türkiyə Rusiyanın yeni qırıcılarla bağlı təklifini nəzərdən keçirəcək

"Bu mövzu hələ olduqca yenidir. Təklif var. Onlar dedilər ki, "təyyarələrimizə baxın. Bu təklifləri nəzərdən keçirmək lazımdır"
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə Rusiyanın ən yeni qırıcıların tədarükünə dair təklifini nəzərdən keçirəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir bildirib.

Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su-35" və "Su-57" təyyarələrinə göz dikib

"Ruslar öz məhsullarını İstanbulda "Teknofest" festivalında göstərmək istədilər. Bu mövzu hələ olduqca yenidir. Təklif var. Onlar dedilər ki, "təyyarələrimizə baxın. Bu təklifləri nəzərdən keçirmək lazımdır", - deyə Dəmir vurğulayıb.

Qeyd edək ki, avqustun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə "MAKS – 2019" aviasərgisinə qatılıb. Vurğulanır ki, Türkiyə prezidenti Rusiya istehsalı olan "Su-35" və "Su-57" qırıcıları ilə maraqlanıb və prezidentlər bu mövzuya danışıqlar zamanı da toxunublar. Ərdoğan bəyan edib ki, Türkiyə və Rusiya "Su-57"nin tədarükü ilə bağlı danışıqlar aparır.