Məhkəmə müxalifət qəzetinin jurnalistlərinə bəraət verdi

Onların hər biri ən azı 5 il müddətinə həbs cəzası almışdı. Jurnalistlərin yaxın saatlarda saxlanıldıqları həbsxanalardan buraxılacaqları  gözlənilir
Sputnik

BAKI, 12 sentyabr — Sputnik. Türkiyə Kassasiya məhkəməsi müxalif "Cumhuriyet" qəzetinin beş sabiq əməkdaşına bəraət verib.

Türkiyədə terror: ölənlər və yaralılar var

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı elə qəzet özü yayıb.

Ötən ilin aprelində İstanbul şəhər məhkəməsi "Cumhuriyet"in 15 əməkdaşını, o cümlədən baş redaktoru Murat Sabuncunu Fətullah Gülənlə əlaqələrdə günahlandıraraq həbslərinə qərar vermişdi. Onlara müxtəlif müddətli cəzalar kəsilmişdi.

Kassasiya məhkəməsi onlardan beşi - Musa Kart, Güray Öz, Mustafa Kamal Güngör, Hakan Kara və Öndər Çelik - barəsində verilən qərarları ləğv edib. Onların hər biri ən azı 5 il müddətinə həbs cəzası almışdı. Jurnalistlərin yaxın saatlarda saxlanıldıqları həbsxanalardan buraxılacaqları  gözlənilir.