İDMAN

Şumaxerdən yaxşı xəbər var

Xatırladaq ki, 2013-cü ilin qışında Şumaxer Fransanın Meribel bölgəsində xizək sürən zaman yıxılaraq kəllə-beyin travması almışdı
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. 2013-cü ilin qışında başından ciddi zədə alan "Formula 1" üzrə yeddiqat çempion Mixael Şumaxer komadan ayılıb.

Şumaxer yarışı məğlubiyyətlə tərk etdi

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bir müddət əvvəl 50 yaşlı alman gizli şəkildə Parisin Jorj Pompidu xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsinə aparılmışdı.

Bundan sonra Şumaxerin səhhəti ilə ürək çatışmazlıqları üzrə mütəxəssis, professor Filipp Menaşe məşğul olacaq. "Bəli, Şumaxer mənim şöbəmdədir. Və sizi inandıra bilərəm ki, o, özünə gəlib", - deyə xəstəxananın əməkdaşlarından biri bildirib.

Xatırladaq ki, 2013-cü ilin qışında Şumaxer Fransanın Meribel bölgəsində xizək sürən zaman yıxılaraq kəllə-beyin travması almışdı.