Aviaxuliqan Yerevan-Moskva reysində təlaşa səbəb oldu

Sərnişinlərdən biri heç bir tələb irəli sürmədən əl yükündə bomba olduğunu bildirib
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Yerevan-Moskva reysinin sərnişinlərindən biri əl yükündə bomba olduğunu elan edərək təlaşa səbəb olub.

“Boeing” yeni təyyarəsinin sınağını dayandırdı

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, sözügedən reysi "Sibir" aviaşirkəti həyata keçirirmiş.

"Sentyabrın 9-da "Sibir" aviaşirkətinin 908 saylı Yerevan-Moskva reysində sərnişinlərdən biri heç bir tələb irəli sürmədən əl yükündə bomba olduğunu bildirib", - məlumatda deyilir.

Xuliqan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sərnişinlərin üzərində, onların əl yükündə və baqajında, eləcə də təyyarə daxilində axtarışlar həyata keçirilib və qadağa olunmuş əşyalar tapılmayıb.