İDMAN

Məşhur məşqçi 9 yaşlı qızını itirdi

Bu müddət ərzində bizə göstərdiyiniz anlayış, diqqət və sevgiyə görə təşəkkür edirik
Sputnik

BAKI, 30 avqust — Sputnik. İspaniya millisi və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrikeyə ağır itki üz verib.

Sputnik Azərbaycan xəbər verir ki, onun 9 yaşlı qızı dünyasını dəyişib. Enrike bu xəbəri şəxsi Tvitter səhifəsində paylaşıb. O, övladının 5 ay sümük xərçəngindən əziyyət çəkdikdən sonra vəfat etdiyini bildirib: "Bu gün bizim qızımız Xana 5 aylıq mübarizədən sonra 9 yaşında dünyasını dəyişdi. Bu müddət ərzində bizə göstərdiyiniz anlayış, diqqət və sevgiyə görə təşəkkür edirik.

Enrikenin ailəsində baş verən faciə futbol aləmini də sarsıdıb. Cəmi 1 saat ərzində 150 mindən çox insan Tvitterdə kədərini bildirərək ona dəstək olub. Onların arasında futbolçular çoxluq təşkil edir.

Qeyd edək ki, L.Enrike qızının xəstəliyi səbəbindən ötən ilin yayından çalışdırdığı İspaniya millisindən bu ilin iyun ayında ayrılıb.