CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə qarayara təhlükəsi - Azərbaycana keçmə riski varmı?

Ermənistanın Qeqarkunik vilayətində 5 nəfərdə qarayara aşkarlanıb. Səhiyyə Nazirliyinin əməkdaşları daha 6 nəfərdə xəstəliyin olmasından şübhələniblər
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. "Ermənistanda qarayaranın yayılmasının ölkəmiz üçün heç bir təhlükəsi yoxdur".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli bildirib.

Ölümcül xəstəliyin üzəriylə gəzirik - Rəsmi xəbərdarlıq
Onun sözlərinə görə, qarayara torpaq infeksiyası olduğundan, bu xəstəliyin Ermənistandan Azərbaycana keçmə riski də yoxdur: "Azərbaycanla Ermənistan arasında gediş-gəliş olmadığından bu xəstəliyin bizə keçmə təhlükəsi də yoxdur".

Qeyd edək ki, Ermənistanın Qeqarkunik vilayətində 5 nəfərdə qarayara aşkarlanıb. APA-nın "Armen Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qeqhovit kəndindən iki nəfər xəstəxanaya müraciət edib. Onlar bir neçə gün öncə kənddə mal-qara kəsdiklərini bildiriblər. Səhiyyə Nazirliyinin əməkdaşları kənddə daha 6 nəfərdə xəstəliyin olmasından şübhələniblər. Beş nəfər Yerevanda yerləşən Nork Yoluxucu Xəstəliklər Hospitalına yerləşdirilib. Onların hamısında qarayara aşkarlanıb.