BAKI, 24 iyul — Sputnik. Suriya ərazisi hava zərbələrinə məruz qalıb.
Sputnik Azərbaycan "RT" agentliyinə istinadən xəbər verir ki, zərbələrin İsrailə məxsus döyüş təyyarələri tərəfindən endirildiyi güman edilir.
Məlumata əsasən, hava zərbələri zamanı ölkənin Daraa vilayətində yerləşən strateji Tel əl-Hara yüksəklikləri vurulub.
Hücum nəticəsində yalnız maddi zərər dəyib, ölən və yalanan olmayıb.
Tel əl-Hara yüksəklikləri Daraa vilayətinin ən yüksək nöqtəsidir və buradan 1967-ci ildə İsrail tərəfindən tutulmuş Qolan təpələrini müşahidə etmək mümkündür.
İsrail daha əvvəl də Tel əl-Haranı vurub.