İDMAN

Bileti cibində olan Neftçi, gərgin Səbail

Fövqaladə nəsə baş verməzsə, flaqman növbəti mərhələdə Rusiyanın "Arsenal"ı (Tula) ilə qarşılaşacaq
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

"Qarabağ" mərhələ adladı

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanı Avrokuboklarda təmsil edən klublardan ilk olaraq "Səbail" meydana çıxacaq.

Aftandil Hacıyevin komandası Rumıniyada "Universitatya Krayova"nın qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə 2:3 hesabı ilə məğlub olan "Səbail"i səfərdə çətin sınaq gözləyir.

İslandiyalı hakim Helki Mikael Yonassonun idarə edəcəyi oyun 20:00-da Krayaova şəhərinin İon Oblemanko stadionuda baş tutacaq.

Bakının "Neftçi" komandası isə bu axşam 21:00-da cavab matçına çıxacaq. Roberto Bordinin yetirmələri "Bakcell Arena"da Moldovanın "Sperantsa" klubunu qəbul edəcək. Səfərdəki görüşdə 3 cavabsız qolla rəqibini darmadağın edən "ağ-qaralar" növbəti mərhələnin vəsiqəsini demək olar ki, təmin edib. Fövqəladə nəsə baş verməzsə, flaqman növbəti mərhələdə Rusiyanın "Arsenal"ı (Tula) ilə qarşılaşacaq.