Vilnüs məhkəməsi "Sputnik" agentliyinin saytının blok edilməsi barədə qərarı təsdiqlədi

Qurumun nümayəndələri bildiriblər ki, agentlik onların materiallarını icazəsiz yayımlayırmış
Sputnik

BAKI, 12 iyul — Sputnik. Vilnüs Dairə İnzibati Məhkəməsi Sputnik Litva agentliyinin saytının blok edilməsi haqqında bu ölkənin Televiziya və Radio Yayımları üzrə Milli Komissiyasının qərarını təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Sputnik Litva-nın "Telegram" səhifəsində bildirilir.

Sputnik Litva-nın şef redaktoru Vilnüsdə saxlanılıb

Saytın blok olunmasına səbəb Litvanın Televiziya və Radio Yayımları üzrə Milli Komissiyasının müəllif hüquqlarının pozulması haqqında şikayəti olub. Qurumun nümayəndələri bildiriblər ki, agentlik onların materiallarını icazəsiz yayımlayırmış.

Bundan əlavə, "Vətən Birliyi – Litvanın Xristian demokratları" partiyasından olan deputatlar Laurinas Kasyunas və Audronyus Ajubalis də saytın blok edilməsini tələb edirdilər. Onlar bildirirdilər ki, Sputnik Litva tərəfindən yayımlanan materiallar Litva siyasətinin "reallığını təhrif edir".

Xatırladaq ki, bu ilin mayında peşə fəaliyyətini həyata keçirmək üçün ölkəyə gələn Sputnik Litva-nın şef redaktoru Marat Kasem Vilnüs hava limanında saxlanılıb.

Litva hakimiyyət orqanları bildirilər ki, o, "milli təhlükəsizlik üçün təhdiddir".

Kasem Litvaya işgüzar səfər edib. Şef-redaktora 5 il müddətinə ölkəyə girişin qadağan edildiyi bildirilir.

Politoloq: Sputnik Azərbaycanda işləyən jurnalistlər Azərbaycana bağlı insanlardır

Bu, Baltikyanı dövlətlərin hakimiyyət orqanlarının Rusiya KİV-nin fəaliyyətinə mane olması ilə bağlı ilk hadisə deyil. Ötən ilin yayında Latviya Təhlükəsizlik Polisi Riqa hava limanında Sputnik Litva-nın baş redaktoru Valentins Rojentsovsu saxlamışdı. O, dindiriləndən 12 saat sonra buraxılmışdı.

Sputnik-in mətbuat xidmətindən bildirilib ki, jurnalistlərə təzyiq Baltika ölkələrində adi hala çevrilib. Çünki bu ölkələrin hakimiyyət orqanları "yeganə doğru" nöqteyi-nəzərdən fərqlənən Rusiya agentliyinin populyarlığından narahatdırlar.