CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan turizminə zərbə

Polis hosteldə biabırçı əməl törədəni yaxalayıb
Sputnik

BAKI, 8 iyul — Sputnik. Səbaildə əcnəbi vətəndaşın iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulu oğurlanıb.

Masallıda "turist" oğru tutuldu

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, əcnəbi vətəndaş Səbail Rayon Polis idarəsinə müraciət edib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.