Fantastika reallığa çevrilir: Robotlar sakitcə iş yerlərini insanlardan alırlar

Bəşəriyyətin robotlar tərəfindən sülh yolu ilə ələ keçirilməsi getdikcə daha da aktuallaşmaqdadır
Sputnik

BAKI, 2 iyul — Sputnik. Robotlar insanlığa hücum edirlər və artıq 2030-cu ildə onlar istehsalat sahəsində təqribən 20 milyon iş yerini insanların əlindən alacaqlar.

Robot Sofiyaya bənzəyən aparıcımız: "25 sözdən ibarət adı oxumağa çətinlik çəkmişdim"

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu qənaətə Oxford Economics tədqiqatçı konsaltinq firmasının mütəxəssisləri gəliblər.

Əvəzedici robotlar 2000-ci ildən başlayaraq, istehsalat sahəsindəki 1,7 milyon iş yerini insanların əlindən alıblar. Bu yerlərin 400 mini Avropanın, 260 mini ABŞ-ın, 550 mini isə Çinin payına düşür.

Bununla yanaşı, istehsalın avtomatlaşdırılması ən çox Çinə təsir edəcək: Oxford Economics-in ekspertləri hesab edirlər ki, 2030-cu ildə orada 14 milyon yeni istehsalat robotları meydana gələcək.

Robot texnikası artıq çoxdandır irəli gedərək robot-fermerlərə, robot-cərrahlara, aviapilotlara və s. çevriliblər. Hər bir yeni sənaye robotu orta hesabla 1,6 iş yerini ələ keçirir: aşağı gəlirli rayonlarda 2.2 iş yerini, daha zəngin sahələrdə isə 1.3 iş yerini.

Nəticədə robotlar nəinki robot istehsalını, həm də sosial bərabərsizliyi artırırlar. Birincisi, təkrarlanan vəzifələri yerinə yetirən işçilərin (heyət işçiləri) çoxuna artıq ehtiyac olmayacaq, yaradıcılıq və sosial bacarıqların tələb olunduğu iş sahələri üçünsə, robotlar hələlik daha təhlükəsizdir. Amma sonuncular üçün də iş yerlərinin itirilməsi zaman məsələsidir. Çünki robotlar daha yaradıcı olmağa başlayıblar. Neyroşəbəkədə artıq sadə rəsmləri çəkməyi və hətta mahnı bəstələməyi bacaran robotlar mövcuddur.

Bakılılar robot qapıçıyla qızğın mübarizə aparıblar

Beləliklə, növbəti onilliklərdə qarşıda duran əsas vəzifə insanların robotlara görə iş yerlərini itirməsinin sosial nəticələrinə hazırlaşmaqdır.

Bəlkə də mühəndislər robotların süni intellektinin inkişafını dayandırmaq məcburiyyətində qalacaqlar. Onlar hələ ki, "uzağı görməyən" və "tənbəl" insanları istehsalat inqilabı vasitəsilə çıxdaş etməyə tələsmirlər. Mütəxəssislərin sözlərinə görə, robotlar çoxdan istehsalatın 90%-də insanları əvəz edə bilərlər. Sadəcə, insanların iş yerlərini itirmələri nəticəsində yaranacaq sosial gərginliyin qarşısını alacaq alternativlər mövcud olmadığına görə, süni intellektin bütün sahələri bürüməsinin qarşısı süni şəkildə alınır.