Gürcüstanda gərginlik səngimir: II İliya xalqa müraciət etdi

Din xadimi vətəndaşları ehtiyatlı olmağa çağırıb
Sputnik

BAKI, 23 iyun - Sputnik. Ehtiyatlı olun və Gürcüstan üçün bu mürəkkəb dövrdə səhv etməyin. Sputnik Gürcüstan-ın məlumatına əsasən, Gürcüstanın Katolikos-Patriarxı II İliya xalqa müraciətində bu sözləri işlədib.

Gürcüstanda olan rusiyalı turistlərin sayı məlum oldu

"Biz çox mürəkkəb dövrdə yaşayırıq, ətrafımızda xoşagəlməz hadisələr baş verir, ona görə də sizə xahişlə müraciət etmək istəyirəm - ehtiyatlı olun və səhv etməyin. Ümid edirəm, Tanrı bizə öz lütfünü göstərəcək və sülh verəcək. Siz bilirsinizi ki, Müqəddəs Məryəm Gürcüstanı himayə edir, Gürcüstanı xüsusilə qoruyur", - II İliya bildirib.

Qeyd edək ki, Rusiya Dumasının üzvlərinin Tbilisidə beynəlxalq tədbirdə iştirak etməsi və PPA-nın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi gürcü ictimaiyyəti arasında böyük narazılıq yaradıb. 

Bunun ardınca başlayan etiraz aksiyaları nəticəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze istefa verib. 300-dən artıq etirazçı isə saxlanılıb. Onlardan 28-i hələ də həbsxanadadır. İndi etirazçılar daxili işlər naziri Georgi Qaxariyanın istefasını və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.