Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Gürcüstanda olan rusiyalı turistlərin sayı məlum oldu

© Photo : © courtesy of Faig HuseynovВид на город Тбилиси
Вид на город Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin hesablamalara görə, qonşu ölkədəki rusiyalı turistlərin ümumi sayı 20 min nəfərdən az deyil

BAKI, 22 iyun - Sputnik. Gürcüstanda olan rusiyalı turistlərin sayı açıqlanıb.

Sputnik Gürcüstan-ın məlumatına görə, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze məlumat verib.  

Onun sözlərinə görə, turoperatorlar tərəfindən Rusiyadan Gürcüstana gedən turistlərin sayı 5-7 min nəfərə yaxındır: "Bu rəqəm turizm şirkətlərinin müştəriləri olan turistlərə aiddir. Bundan başqa, sərbəst olaraq Gürcüstana gedən rusiyalı turistlər də var ki, onların sayı turoperatorlar vasitəsi ilə gedənlərin sayından ən azı 2-3 dəfə çoxdur".

Протесты у здания парламента в Тбилиси. 20 июня 2019 - Sputnik Azərbaycan
Tbilisidəki aksiyalarda 240 nəfər yaralanıb

Qeyd edək ki, Rusiya Dumasının üzvlərinin Tbilisidə beynəlxalq tədbirdə iştirak etməsi və PPA-nın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi gürcü ictimaiyyəti arasında böyük narazılıq yaradıb. 

Bunun ardınca başlayan etiraz aksiyaları nəticəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze istefa verib. 300-dən artıq etirazçı isə saxlanılıb. İndi etirazçılar daxili işlər naziri Georgi Qaxariyanın istefasını və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər. 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin isə ölkənin hava şirkətlərinə Gürcüstana sərnişin daşımalarının qadağan edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, iyulun 8-dən Gürcüstanla sərnişin daşımaları müvəqqəti qadağan edilir.

Xəbər lenti
0