SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrandan ABŞ-a sərt mesaj: "35 hərbçinizin olduğu təyyarəni də vura bilərdik"

"Məqsədimiz Amerikanın terrorçu qoşunlarına xəbərdarlıq etmək idi"
Sputnik

BAKI, 21 iyun — Sputnik. "İran ABŞ-a məxsus pilotsuz uçan aparatı vurduğu vaxtı göyərtəsində 35 Amerika hərbçisinin olduğu "P-8" kəşfiyyat təyyarəsini də məhv edə bilərdi".

Dünən qanlı müharibə başlayacaqdı
  Sputnik Azərbaycan İranın "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Keşikçilər Korpusunun hərbi-kosmik qüvvələrinin rəhbəri, general Əmir Əli Hacızadə bildirib.

"ABŞ-a məxsus casus pilotsuz uçan aparat vurulduğu vaxt onun yaxınlığında göyərtəsində 35 amerikalının olduğu "P-8" kəşfiyyat təyyarəsi də var idi. Biz onu vurmadıq. Çünki məqsədimiz Amerikanın terrorçu qoşunlarına xəbərdarlıq etmək idi", - general Hacızadə bildirib.

Xatırladaq ki, iyunun 20-si İslam İnqilabı Keşikçilər Korpusu bəyan edib ki, İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub.

Dron insidenti böyüyür: İri şirkətlər İran yaxınlığından uçuşları ləğv edir

Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib. Pilotsuz aparat İranın hava məkanını pozduğu üçün vurulub.

Tehran dronu İranın hava məkanını pozarkən vurduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.

İnsidentdən bir həftə əvvəl isə Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb.