İDMAN

“Qarabağ”ın Çempionlar Liqasında mümkün rəqibləri – 5 komanda

UEFA-nın mənzil qərargahındakı tədbirdə Azərbaycan çempionu “Qarabağ” ikinci qrupda yer alıb
Sputnik

BAKI, 17 iyun — Sputnik. Çempionlar Liqasında 2019/20 mövsümünün I təsnifat mərhələsinin sabah keçiriləcəyi püşkatma ərəfəsində UEFA komandaları qruplara bölüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 32 iştirakçı 3 qrupa bölünüb. Bununla da hər bir klubun mümkün rəqiblərinin sayı azalıb.

İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil qərargahındakı tədbirdə Azərbaycan çempionu “Qarabağ” ikinci qrupda yer alıb. Səpəıənmişlərdən olan təmsilçimiz üçün 5 mümkün rəqib qalıb.