İDMAN

Abramoviç "Çelsi"yə görə Bakıya gələcək

Azərbaycan səfərində məqsəd "Çelsi"yə dəstək olmaq, həm də kluba sadiqliyini nümayiş etdirmək istəyidir
Sputnik

BAKI, 24 may — Sputnik. İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gəlməyi planlaşdırır. Sputnik Azərbaycan bu barədə Böyük Britaniyanın "The Sun" nəşrinə istinadən xəbər verir. 

"Arsenal" final matçının Bakıda keçirilməsindən narazılıq edib

Nəşr xatırladır ki, Abramoviç Böyük Britaniyaya viza problemi ilə bağlı ötən ilin yayından etibarən "Çelsi"nin oyunlarını izləməyib.

Abramoviçin Azərbaycan səfərində məqsəd "Çelsi"yə dəstək olmaq, həm də kluba sadiqliyini nümayiş etdirmək istəyidir.

Qeyd edək ki, Rusiyalı biznesmen 2003-cü ildə 140 milyon dollara alıb. Onun rəhbərliyin dövründə London klubu 5 dəfə ölkə çempionu, tarixində ilk dəfə - 2012-ci ildə Çempionlar Liqasının, 2013-cü ildə isə Avropa Liqasının qalibi olub.

Xatırladaq ki, Avropa Liqasının finalında mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi" "Arsenal" ilə qarşılaşacaq.