İDMAN

“Formula 1”-in məşhur pilotu öldü

Niki Lauda idmançı kimi karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub
Sputnik

BAKI, 21 may — Sputnik. “Formula 1”-in məşhur pilotu Niki Lauda dünyasını dəyişib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançı dünən 71 yaşında vəfat edib.

Pilot 1976-cı ildə  yarışlardan birində qəza törədib. Nəticədə ağır bədən xəsarəti alıb. Qəza zamanı o həm çoxsaylı yanıq xəsarətləri alıb, həm də bir neçə bədən üzvü zədələnib. Buna baxmayaraq Niki Lauda sağ qalıb və yarışlarda iştirak etməkdə davam edib.

Qeyd edək ki, Niki Lauda idmançı kimi karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub.