15-17 may tarixlərində Ekspo Mərkəzində keçirilən sərgi aparıcı yerli və beynəlxalq istehsalçılar, həmçinin fermerlərin birbaşa ünsiyyət qurması üçün unikal platformaya çevrilib. Bundan başqa, ölkəmiz bu sahədə əldə etmiş nailiyyətlərini sərgiləyib.
Azərbaycan bazarına çıxmaq istəyən şirkətlər isə öz məhsullarını birbaşa Azərbaycan istehlakçılarına təqdim ediblər.
Builki ekspozisiya 32 ölkəni təmsil edən 440 şirkət və 11 milli və regional qrupu bir araya gətirib.
Qeyd edək ki, bu il sərgi çərçivəsində ilk dəfə “Chefs Cup” aşpazlar çempionatı keçirilib. Bu müsabiqə Azərbaycan kulinariyası üçün ilk olmaqla yanaşı, ölkəmizdə qastronomik turizmin inkişafına yönəlib.
Sputnik Azərbaycan “World Food Azerbaijan 2019” və “Caspian Agro” sərgilərinin informasiya tərəfdaşıdır.