BAKI, 14 may — Sputnik. Azərbaycanlı güləşçi Toğrul Əsgərov yenidən məşqlərini bərpa edib. Uzun müddətdir zədədən əziyyət çəkən güləşçi tezliklə mübarizələrə qoşulacaq.
Bu barədə Sputnik Azərbaycan-a Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı açıqlama verib. Onun sözlərinə görə, Olimpiya çempionu yenidən döşəyə çıxaraq formasını özünə qaytarır: "Sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcək".
Xatırladaq ki, Rio Olimpiadasından qayıdandan sonra T.Əsgərovun boyun nahiyəsində – onurğa sütunu fəqərəsində ciddi zədə yaranıb. O, bu zədə ilə məşqlərə davam edə bilməyib və uzun zaman həkim nəzarəti altında olub.