Pakistanda 5 ulduzlu otelə hücum – Ölən və yaralananlar var

Hücumla bağlı məsuliyyəti "Bəlucistan Qurtuluş Ordusu" terror qruplaşması öz üzərinə götürüb
Sputnik

BAKI, 11 may – Sputnik. Pakistanda bir neçə silahlı şəxs 5-ulduzlu "Pearl Continental" mehmanxanasına hücum edib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə ölkənin Bəlucistan vilayətinin Qvadar şəhərində baş verib. Yerli KİV-lər hücum nəticəsində təhlükəsizlik qüvvələrinin nümayəndəsinin öldüyünü bildirilir.

Hindistan-Pakistan sərhədində növbəti insident: Daha bir təyyarə düşdü

Ölkə ordusunun məlumatına görə, hal-hazırda ərazi mühasirəyə alınıb: "Təhlükəsizlik xidmətlərimiz rayonu nəzarətə götürüb və mehmanxananın üst mərtəbəsinə aparan pilləkəndə terrorçuları mühasirəyə alıb".

Ehtimal olunur ki, hotelə 3-4 terrorçu daxil olub.

"Pakistan Today" qəzetinin yaydığı məlumata görə, hoteldə 70-ə yaxın insan olub. Onlardan 40 nəfəri Çin vətəndaşı imiş. Oteldəkilər evakuasiya ediliblər.

Hücumla bağlı məsuliyyəti "Bəlucistan Qurtuluş Ordusu" terror qruplaşması öz üzərinə götürüb.