SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Belarusa silah aparır

Müdafiə Sənayesi Nazirliyi “MILEX-2019” sərgisində əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirəcək
Sputnik

BAKI, 10 may — Sputnik. Belarus Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə mayın 15-də Minsk şəhərində “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi açılacaq.

Türkiyədən silah alan ölkələrin siyahısı açıqlandı - Azərbaycan liderdir

Müdafiə Sənayəsi Nazirliyindən Sputnik Azərbaycan-a a verilən məlumata görə, 4 gün davam edəcək sərgi çərçivəsində VIII Müdafiə və Təhlükəsizlik Sahəsində Hərbi-Texniki Əməkdaşlıq Sualları üzrə Beynəlxalq Elmi Konfrasın keçirilməsi də planlaşdırılır.

Tədbirdə Müdafiə Sənayesi Nazirliyi də təmsil olunacaq.

2001-ci ildən etibarən iki ildən bir keçirilən “MILEX” sərgisinə Müdafiə Sənayesi Nazirliyi bu günə qədər rəsmi heyətlə qatılıb. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Minskdə səfərdə olacaq.

Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini də nəzərə alan Müdafiə Sənayesi Nazirliyi “MILEX-2019” sərgisində də əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirəcək. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.

Dünyada ən çox silah satan ölkələrin siyahısı açıqlanıb

Əməkdaşlıq əlaqələrinin genişləndirilməsində böyük fürsətlər yaradacaq bu platformada - “MILEX-2019” sərgisində müvafiq qurumlarla hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Belarusun dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi bu günə qədər 40-dan çox beynəlxalq sərgiyə qatılıb və məhsullarını nümayiş etdirib.