İDMAN

Daha bir idmançımıza "yaşıl işıq" yandırılıb

Yarışlar 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək
Sputnik

BAKI, 27 aprel — Sputnik. Cari ilin 21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək. Bu barədə Sputnik Azərbaycan-a Karate Federasiyasından məlumat verilib. 

İkinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək karateçilər məlum oldu

Bildirilib ki, Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə Rafiz Həsənov (-67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.

Beləliklə, 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı 2-ci Avropa Oyunlarına 7 karateçimiz qatılacaq. Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq) təmsil edəcək.

2-ci Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.