İDMAN

Mənfi 23 dərəcədə yarımçılpaq rekord - VİDEO

Rus idmançı növbəti dəfə mümkün olmayanı edə bildi
Sputnik

BAKI, 25 mart - Sputnik. Rusiyalı idmançı növbəti dəfə insanları heyrətləndirməyi bacarıb.

Sputnik Türkiyə xəbər verir ki, “Soyuq əfsanəsi” adlandırılan Oleq Rezanov bu dəfə yarıçılpaq vəziyyətdə paraşütdən tullanaraq rekord vurub. 

Yakutiya Paraşütçülük Federasiyasından verilən açıqlamada bildirilir ki, idmançı 4.1 kilometr hündürlükdən -23 dərəcədə əynində şortla tullanıb. Beləliklə, rusiyalı idmançı həddindən artıq soyuqda sağ qalma rekordu vurub.

Bu, Rezanovun sərt hava şəraitində həyatda qalmağa istiqamətlənmiş 12-ci dünya rekordudur.