BAKI, 17 mart — Sputnik. Belqradda vəziyyət gərginləşib.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, nümayişçilər prezident sarayı qarşısındakı polis kordonunu yararaq, sarayı mühasirəyə alıblar.
Nümayişçilər əl-ələ tutaraq himn oxuyur və prezident Aleksand Vuçiçin onların qarşısına çıxmasnı tələb edirlər. Bundan əlavə, nümayişçilər polis idarəsinin qarşısına toplaşaraq, saxlanılan yoldaşlarının azad edilməsini tələb edirlər.
Buna qədər müxalifət nümayəndələri RTS telekompaniyasının binasını ələ keçirmişdilər. Amma az sonra nümayişçiləri binadan çıxarmaq mümkün olub və efir bərpa edilib.
Etiraz aksiyası iştirakçıları hökumət və prezidentin istefasını tələb edirlər.
Qeyd edək ki, hazırkı prezident Aleksandr Vuçiçə qarşı etirazlar ötən ilin dekabrınadan başlayıb.