İDMAN

Qadın güləşçiləri Serbiyada sınaq gözləyir

Avropa Çempionatında qadınlar martın 6-8-də çıxış edəcək.
Sputnik

BAKI, 5 mart — Sputnik. Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah qitə birinciliyində qadın güləşçilərin mübarizəsinə start veriləcək. Məsul yarışda yığmamızın məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Elis Manolova (65 kq) və Ceyla Nağızadə (68 kq) mübarizə aparacaq. Qeyd edək ki, Avropa Çempionatında qadınlar martın 6-8-də çıxış edəcək.