İDMAN

Türkiyə futbolunda “terror”: Futbolçu rəqiblərini doğradı - VİDEO

Hadisənin videosu internetdə sürətlə yayılmağa başlayıb
Sputnik

BAKI, 5 mart — Sputnik. “Amedspor” və “Sakaryaspor” futbol klubları arasında baş tutan qarşılaşma zamanı qəribə hadisə baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, “Amedspor”un futbolçusu Mansur Çalar gözlənilmədən əlində olan kəsici alət ilə rəqib komandanın futbolçusuna xəsarət endirib. Futbolçu kəsici aləti əlində gizlədərək meydançaya çıxara bilib və fürsət taparaq rəqibinə vurub.

Hadisənin videosu internetdə sürətlə yayılmağa başlayıb.

​“Amedspor”un rəhbərliyi də bu barədə “Twitter”də açıqlama yayıb. Açıqlamada deyilir ki, futbolçuları günahkar deyil. Onlara qarşı şər və böhtan atırlar.