CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soyuqdəymənin qənimi - Əvəlikli əriştə şorbası

Cüzi vəsait hesabına başa gələn yeməkləri hamımız sevirik. Bu videomuzda təqdim etdiyimiz şorba isə sizi həm soyuqdəymədən qurtaracaq, həm də immunitetinizi artıracaq.
Sputnik

Soyuq qış aylarının ən əvəzedilməz yeməklərindən biri də "əvəlikli isti" yaxud "əvəlik şorbası"dır. El arasında şəfa mənbəyi kimi dəyərləndirilən bu yemək zökəm və soyuqdəymənin təbii dərmanı kimi tanınır. Yeməyi müalicəvi edən ölkəmizin, demək olar ki, hər yerində rast gəlinən əvəlik bitkisidir. Yabanı halda bitən bu bitki yay aylarında yığılaraq saç hörüyü, yaxud yarpaq şəklində qurudularaq saxlanılır.

Sputnik Azərbaycan bu gün sizləri Qazax rayon sakini Xeyransa Quliyevanın yığaraq qurutduğu əvəlikdən hazırladığı əvəlikli-əriştəli şorbanın bişirilmə qaydası ilə tanış edəcək.

Lazım olan ərzaqlar:

Bakı düşbərəsi: bir qaşıqda 12 düşbərə

- 3 ədəd baş soğan

- 100 qram yağ

- 100 qram maş lobya

- 200 qram un

- bir boşqab qurudulmuş əvəlik

- qaynar su

Yeməyi hazırlamaq üçün əvvəl maş lobya suda qaynadılır. Sonra əvəlik yumşalması üçün qaynar suda isladılır. Bundan sonra 1 kündəlik xəmir yoğurulur və əriştə kəsilir. Əriştə üçün hazırlanan xəmirin bir qədər bərk olması məsləhətdir. Əriştə kəsiləndən sonra üzərinə un səpilərək qarışdırılır ki, qaynar suda bir-birinə yapışmasın.

Əriştə hazırlandıqdan sonra soğan doğranılır, yağ-soğan edilir. Hazır olandan sonra üzərinə qaynanmış su tökülür Su qazanda qaynara düşdükdə isə əvvəlcədən hazırlanmış maş lobya suya əlavə edilir. Ardınca əvvəlcədən isladılmış əvəlik sıxılıraraq qazana tökülür. Əvəliyin sıxılmasında məqsəd bitkinin "acı su"yunun çıxarılmasıdır.

Qazanın qapağı örtülür, 10 dəqiqə müddətində əvəliyin bişməsi gözlənilir. Son olaraq qazana kəsilmiş əriştə əlavə edilir. Ağız dadına uyğun olaraq şorbaya düz tökülür və qazanın qapağı bağlanır. Vam odda 5 dəqiqə qaynadıqdan sonra yemək artıq bişmiş hesab edilir. "Əvəlikli-əriştəli isti" süfrəyə, əsasən,  kasalarda verilir.

Nuş olsun.