HADİSƏ

Paytaxtda iki qadın çıxış yolunu intiharda gördü

Bakıda 55 və 57 yaşlı qadınlar yaşamaq uğrunda mübarizəni dayandırmağa qərar veriblər. Onların biri ölüb, digər isə xilas edilib.
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Daxili işlər orqanları bu sutka ərzində paytaxtda bir intihar və bir intihara cəhd hadisəsini qeydə alıblar. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Xərçəng xəstələri niyə intihar edir

Məlum olub ki, yanvarın 29-da saat 18:15-də Ələt qəsəbəsində 57 yaşlı Əliyeva Səkinə Əhməd qızı öz evində asılmış vəziyyətdə tapılıb. Qaradağ rayon prokurorluğu faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açıb. Hələlik intiharın səbəbi məlum deyil.

Bununla başqa, Xəzər rayonunda Binə qəsəbəsinin 55 yaşlı sakini intihara cəhd edib. Yanvarın 28-dən 29-na keçən gecə Gülüstan Həsənova güclü zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Məlum olub ki, əsəb böhranı keçirən qadın evdə sirkə turşusu (essensiya) içib. Faktla bağlı Xəzər rayonunun hüquq-mühafizə orqanları araşdırma aparır. Hazırda qadının vəziyyəti qənaətbəxş sayılır.

Hüquq-mühafizə orqanları sözügedən qadınları intihara sürükləyən səbəbləri ayırd etməklə məşğuldur.