YAZARLAR

Problemlər başlayır: Ermənistanı böyük güclərin məngənəsində sıxırlar

Paşinyana qarşı Vaşinqton fərqli siyasət yürüdür – ya ölkəni bizim forpostumuz edirsən, ya da Rusiya səni devirir...
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Rusiya və Ermənistan qazın qiyməti məsələsində razılığa gələ bilməyib. Bu barədə Rusiya Prezidenti ilə görüşdən sonra Yerevana qayıdan Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan öz "Facebook" səhifəsində məlumat verib.

Lavrov açıqladı – Rusiya və Ermənistan önəmli saziş imzalayır

O, bildirib ki, bu məsələdə razılıq əldə olunmayıb: "Bununla bağlı müzakirələr davam edir. Təsdiq olundu ki, bu, ikitərəfli əlaqələr üçün olduqca həssas məsələdir və bunu həm Yerevanda, həm də Moskvada anlayırlar".

"Lakin ümumilikdə mən bu məsələdə optimist əhval ruhiyyədəyəm. Ümid edirəm ki, bu məsələ istədiyimiz məcrada cərəyan edəcək", - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın "Jamanak" qəzeti daha əvvəl Rusiyanın Ermənistana satdığı qazın qiymətinin 2019-cui il yanvarın 1-dən artıracağı barədə məlumat yayıb. "Rusiya ilə qaz tarifi barədə müqavilə 2018-ci il dekabrın 31-də başa çatır. Bizdə olan məlumata görə, Rusiya qazın qiymətini artıracaq və buna görə istehlakçılar daha çox pul ödəməli olacaqlar" - deyə məlumatda bildirilib.

Xatırladaq ki, hazırda Rusiya Ermənistana qazın hər min kub metrini 150 dollara satır. İndi isə qazın qiymətinin dəyişə biləcəyinə işarə edərək, Ermənistanın yeni rəhbərliyinə yerini göstərir. Rusiyanın planı aydındır – qazın qiyməti qalxarsa, bu, indiki hakimiyyətin reytinqinə neqativ təsir edəcək. Qazın bahalaşması avtomatik şəkildə kasıb ölkədə yeni bahalaşma dalğası yaradacaq. Məsələ həm də ondadır ki, Ermənistan alternativ İran qazından da istifadə edə bilmir. Çünki Yerevan ölkədə qaz təchizatı və qazpaylayıcı sistem bütünlüklə Rusiyanın "Qazprom" şirkətinin mülkiyyətidir. Ermənistan iqtisadiyyatının digər sahələri Rusiyanın nəzarətindədir.

Göründüyü kimi Ermənistanın iqtisadi sahədə heç bir manevr imkanları yoxdur. Avropa birliyinin Ermənistana ayırdığı milyonlarla vəsait Rusiyadan alınan qaza sərf edilərsə, Paşinyanın sosial islahatlar üçün ümid etdiyi maliyyənin səmərəliyi olmayacaq. Nəticədə xalq yenidən ağır sosial tələblərlə etiraz aksiyalarına çıxacaq. Baş verən proseslər göstərir ki, Paşinyanın islahatlar vədləri heç bir real əsaslara malik deyil.

Qərb, Paşinyana maliyyə və siyasi dəstək naminə onun Rusiyanın orbitindən çıxması üçün vədlər verib. Kreml isə çalışır ki, Paşinyanın qərbpərəst siyasətinin qarşısını alsın. Bununla belə, Ermənistanda siyasi-iqtisadi vəziyyət gərgin olaraq qalır. Ümumiyyətlə bu ölkədə əsaslı islahatlar mümkün deyil. İlk növbədə bu ölkə işğalçı siyasətinə görə blokada və Rusiyanın forpostudur.

Onu da vurğulamaq lazımdır ki, Ermənistan iqtisadiyyatındakı Rusiya investisiyasının hiss olunacaq dərəcədə azalıb. Siyasi-iqtisadi islahatlar apararkən bir sıra amillər unudulmamalıdır. Erməni siyasətçiləri Ermənistan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu dərk etməlidirlər. Məsələn, Rusiya iqtisadiyyatının dörddə üç hissəsinə Rusiya şirkətləri nəzarət edir. Bu baxımdan, Yeravanın Moskvaya qarşı demarşı ona baha başa gələ bilər.

Paşinyan Ermənistan-Rusiya əlaqələrini dağıdır – Sarqsyanın müavini

Bu arada Ermənistana daha bir iqtisadi sanksiya xəbərdarlığı da ABŞ-dan gəlib. Ermənistanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib ki, İranla ticarət məsələsində Ermənistana hər hansı güzəşt tətbiq edilməyəcək: "ABŞ-ın İrana qarşı sanksiyaları bilərəkdən bir neçə sektor və müəyyən şirkətlərə qarşı yönəldilib. Burada söhbət ticarətlə məşğul olan kiçik treyderlərdən getmir. Lakin erməni şirkətləri Gürcüstan və Azərbaycan şirkətləri kimi müştərilərinin kim olduğunu anlamalıdırlar. Biz şirkətləri müəyyən İran təşkilatları ilə ticarət münasibətlərinə girməməyə çağırırıq. Ona görə ki, bu şirkətlər sanksiyalar altına düşə bilər".

Burada bir faktı xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanda Azərbaycanla bağlı bənd sənəddən çıxarılmışdı. Lakin Paşinyana qarşı Vaşinqton fərqli siyasət yürüdür – ya ölkəni bizim forpostumuz edirsən, ya da Rusiya səni devirir...