İDMAN

Milliyə yeni baş məşqçi təyin olunub

Bahəttin Kandazın Azərbaycan milli komandası ilə ilk rəsmi yarışı, yanvarın ikinci yarısında Fransada ilin ən nüfuzlu Karate1 Premyer Liqa tirniri olacaq
Sputnik

BAKI, 14 dekabr — Sputnik. Kişilərdən ibarət milli komandaya yeni baş məşqçi təyin olunub. Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan sonra karateçilərimizi türk mütəxəssis Bahəttin Kandaz çalışdıracaq. 

Qvardiola milliyə rəhbərlik etmək istəyir - Qolf oynamaq üçün

Yeni baş məşqçini heyətə təqdim edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qarşıya qoyulan məqsədələrə nail olmaq üçün ona uğurlar arzulayıb. Azərbaycan karateçiləri kimi dünyada tanınan milli komanda ilə çalışmağa dəvət olunuğundan şərəf duyduğunu ifadə edən B.Kandaz, Azərbaycan karatesinin dünyadakı imicini qorumağa və ona həvalə olunan bu məsuliyyətdi işdə böyük həvəslə çalışacağını, eləcə də hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini bildirib. O, qarşıdakı fəaliyyət planı barədə qısa məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələrə səbəb olacağına inandığını söyləyib.

Qeyd edək ki, B.Kandaz üç ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, bu yaxınlarda Azərbaycan milli komandasını çalışdırmaq təklifinə üstünlük verib. Böyük Britaniyada isə məsləhətçi kimi işləmək razılığına gəlib. Bahəttin Kandazın Azərbaycan milli komandası ilə ilk rəsmi yarışı, yanvarın ikinci yarısında Fransada ilin ən nüfuzlu Karate1 Premyer Liqa tirniri olacaq.