İDMAN

Millinin yeni baş məşqçisinin adının nə zaman açıqlanacağı bilindi

Elxan Məmmədov İcraiyyə Komitəsinin toplantısının dekabrın sonu, yanvarın əvvəlində keçiriləcəyini bildirib
Sputnik

BAKI, 8 dekabr — Sputnik. “Futbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi postuna namizədlərin siyahısı hazırlanacaq”.

Futbol qaydaları dəyişə bilər

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni baş məşqçinin adı İcraiyyə Komitəsinin dekabrın sonu, yanvarın əvvəlində keçirilməsi nəzərdə tutulan toplantısında açıqlana bilər.

E.Məmmədov bildirib ki, indiyə qədər milli komanda üçün bütün şərait yaradılıb: “Təlim-məşq toplanışları keçirilib, uşaq futboluna daha çox diqqət ayırmağa çalışıblar. Dövlət strukturları da kütləviliyin yaranmasına kömək edirlər. Kütləvilikdən keyfiyyətə keçmək milliyə və klublara aiddir. Bu mövsümdə UEFA-dan klublara çox böyük vəsait köçürülüb. Bununla uşaq futbolunu inkişaf etdirmək olar. İki il ərzində gözəl akademiya qurmaq mümkündür”.