Rusiya Səudiyyə Ərəbistanından 2 milyard alacaq

G-20 toplantısında Rusiya və Səudiyyə Ərəbistanının arasında gələcək yatırımlar müzakirə olunub
Sputnik

BAKI, 3 dekabr — Sputnik. Rusiyaya 2 milyard dollarlıq əlavə yatırım olacaq.

"G20" sammitinin yekun bəyannaməsi açıqlandı

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Rusiya-Səudiyyə Ərəbistanı ortaq fondu vasitəsilə Rusiya iqtisadiyyatına yatırım ediləcək. Bunu Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Rusiyaya yatırımları artacaq. "G-20 toplantısında Səudiyyə şahzadəsi Məhəmməd Bin Salmanla iqtisadi əlaqələrdən danışdıq. Artıq Səudiyyə Ərəbistanının Rusiyaya edilən yatırımları mühüm həddə çatıb" – deyə Kiril Dmitriyev bildirib.

Rusiya iqtisadiyyatına Səudiyyə ilə ortaq fond tərəfindən əlavə yatırımların olacağından danışan fond rəhbəri növbəti ildə infrastruktur layihələri üçün də vəsaitin ayrılacağını bildirib.