SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp kartları açdı, İsrailin böyük problemləri yarana bilər

"Səudiyyə Ərəbistanı olmasa İsrailin böyük problemləri olar"
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Səudiyyə Ərəbistanında sabitlik İsrail üçün sərfəlidir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran Birləşmiş Ştatlar prezidenti Donald Tramp bildirib.

"Səudiyyə Ərəbistanın bizim üçün Yaxın Şərqdə olduqca önəmli tərəfdaşdır. Əgər Səudiyyə Ərəbistanı olmasaydı, bizim regionda böyük hərbi bazamız olmazdı. İsrailə baxın. Səudiyyə Ərəbistanı olmasa İsrailin böyük problemləri olar. Bizim Səudiyyə Ərəbistanı kimi güclü tərəfdaşımız var", - deyə Tramp vurğulayıb.

Bundan əlavə, Ağ Ev rəhbəri bir daha bəyan edib ki, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsinin jurnalist Camal Qaşıqçının öldürülməsinə aidliyinin olmasına dair sübut yoxdur. 

Donald Tramp Qaşıqçı olayı ilə bağlı yeni iddia irəli sürüb

Daha əvvəl Səudiyyə Ərəbistanında yüksək rütbəli məmur "Reuters"-ə bildirib ki, jurnalist Camal Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmayıb. Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vuraraq oğurlayacaqları ilə hədələyiblər.

"Jurnalist müqavimət göstərib, onların əllərindən qaçaraq, kömək çağırmağa başlayıb. Bundan sonra casuslar təlaşa düşüblər və Qaşıqçının səsini kəsmək üçün ağzını bağlamağa çalışıblar. Lakin yanlışlıqla onu boğublar" — deyə səudiyyəli yetkili vurğulayıb.

Bundan sonra onlar səhvlərini gizlətmək üçün mərhumun cəsədini xalçaya büküb, konsulluq avtomobili ilə diplomatik missiyanın ərazisindən çıxarıb və İstanbulda olan həmyerlilərinə təhvil veriblər. Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb. O, bununla da jurnalistin guya səfirlik ərazisini tərk etməsi görüntüsünü yaratmaq istəyib. 

“Camal Qaşıqçı transmilli islamçı təşkilatın üzvü olub”

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".