CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QHT-lərin nəzərinə: Şura 1-ci qrant müsabiqəsini elan etdi

QHT-lər üçün 2019-cu il birinci qrant müsabiqəsini elan olunub
Sputnik

BAKI, 15 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsini elan edib. Bu barədə Sputnik Azərbaycan-a Şuranın mətbuat xidmətindən məlumat verilib.

Şura iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edib. Şura "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

Qüdrət Həsənquliyev: “QHT-lər hökumətə ciddi nəzarəti etməlidir”

1. Siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsinə dair təşəbbüslər;

2. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

3. Şəhid ailələri, qaçqın, məcburi köçkün, əlilliyi olan şəxslərin, veteranların və digər həssas sosial qruplara aid olan şəxslərin sosial məsələlərinin həll edilməsinə dair təşəbbüslər;

4. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə dair təşəbbüslər;

5. Əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər;

6. Ümumi, orta ixtisas və ali təhsil, mədəniyyət və incəsənətin inkişafına dair təşəbbüslər;

7. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin stimullaşdırılmasına dair təşəbbüslər;

8. Ölkənin turizm cəlbediciliyini artırmaq məqsədilə beynəlxalq miqyasda fəaliyyətin genişləndirilməsinə dair təşəbbüslər;

9. Ailə, qadın və uşaqların sosial, fiziki və mənəvi inkişafına dair təşəbbüslər;

10. İnsan alverinə qarşı mübarizə sahəsində təşəbbüslər;

11. Kənd təsərrüfatı kooperativləri, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının müxtəlif sahəvi və regional assosiasiyalarının institusional potensialının gücləndirilməsinə dair təşəbbüslər;

12. Ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin təşkili;

13. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı, o cümlədən İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər;

14. Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğinə dair təşəbbüslər;

15. İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslər;

16. Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizəyə dair təşəbbüslər;

17. Uşaqların internet informasiya resurslarının zərərli təsirlərindən qorunması ilə bağlı təşəbbüslər;

Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.

Qrantın məbləği

• 2017-ci ilin sonunadək dövlət qeydiyyatından keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 10000 (on min)manat ola bilər.

• 2018-ci il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç) manatdanartıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

Müsabiqə mərhələləri

Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 15 noyabr 2018-ci iltarixdən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 5 mərhələ üzrə aparılır:

• 1-ci mərhələ - Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 15 noyabr–17 dekabr 2018-ci il, saat 18.00-dək müddəti əhatə edir.

• 2-ci mərhələ - Ərizələrin texniki seçim mərhələsi;

Bu mərhələ 15 noyabr–17 dekabr 2018-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

Sahib Məmmədov: “QHT Şurasının vəzifəsi yalnız maliyyə yardımı vermək deyil”

• 3-cü mərhələ - Layihə sənədlərinin texniki seçim mərhələsi;

Bu mərhələ 15 noyabr-24 dekabr 2018-ci il tarixlərini əhatə edir. Təqdim olunan layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

• 4-cü mərhələ - Qeydə alınmış layihə sənədlərinin ekspertizası;

Bu dövr 26 dekabr 2018-ci il–28 yanvar 2019-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə sənədlərinin hər biri azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda və məxfilik təmin edilməklə qiymətləndirilir.

• 5-ci mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2019-cu il fevral ayının 15-indən sonra Şuranın iclasının qərarıyla müəyyən olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.

Əlavə məlumatlar:

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 23 noyabr 2018-ci il saat 15.00-da Şuranın inzibati binasında (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1, II mərtəbə) keçiriləcək.

Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla tanış olmaq mümkündür. Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçiləri Tural Hüseynli və Elnur Bağırlıya müraciət etmək olar.

Müsabiqə ilə bağlı ətrafli məlumatları QHT-lərə Dövlət Dəstəyi Şurasının saytından, qhtxəbər.aze-qht.az on-line nəşrlərindən əldə edə bilərsiz.