İDMAN

Tanınmış məşqçimiz işini itirdi

Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim edib
Sputnik

BAKI, 12 noyabr — Sputnik. "Sumqayıt" FK-nın baş məşqçisi Nazim Süleymanov səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib.

Tanınmış məşqçimiz işini itirdi

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilib. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim edib.