BAKI, 25 oktyabr — Sputnik. Bu gün "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ukraynanın "Vorskla" klubunu qəbul edəcək. Sputnik Azərbaycan "Qarabağ" klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib.
"Hamı bilir ki, vacib oyuna çıxırıq. İki turdan sonra hər iki komanda xalsızdır. Oyun haqda çox danışmağa ehtiyac yoxdur. Komandanı tam hazırlamışıq. Hamı matça ciddi hazırlaşır. Düşünürəm ki, maraqlı və gərgin mübarizə olacaq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq" - Qurbanov bildirib.
Futbolçumuz Miçel də oyun haqda danışıb: "Bilirik ki, bizi çox çətin və önəmli oyun gözləyir. Rəqib barədə yüksək fikirdəyik. Oyunlarını izləmişik, yaxşı komandadır. İlk iki oyunda uduzsalar da, rəqiblərinə çətin anlar yaşadıblar. Ancaq biz də özümüzə güvənirik. Rəqibi yaxşı analiz etmişik. İnanırıq ki, müsbət nəticə qazanacağıq" - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, oyun bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 20:55-də başlayacaq.