Qarabağ qazisi vəfat edib

Bu gün səhər saatlarında "Qarabağ qaziləri" İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. Bu gün səhər saatlarında "Qarabağ qaziləri" İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib. Sputnik Azərbaycan-a bu xəbəri mərhumun döyüşçü dostları verib. 

Onların bildirdiyinə görə, Etimad Əsədov xeyli müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Nazir uzun sürən xəstəlikdən sonra vəfat etdi

Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri" İctimai Birliyinin sədridir.