BAKI, 22 sentyabr —Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda növbəti qarşılaşma baş tutub. İkinci matçda "Zirə" və "Neftçi" komandaları üz-üzə gəlib.
"Dalğa Arena"da baş tutan görüş "Neftçi"nin qələbəsi ilə başa çatıb. Hesab 2:1 olub.
Oyunun ilk qolunu Mirabdulla Abbasov 6-cı dəqiqədə vurub. Meydan sahiblərinin heyətində isə Dilan Dvunetru 33-cü dəqiqədə hesabı bərabərləşdirib.
Matçın 52-ci dəqiqəsində Qoran Paratski komandasına qələbə qazandıran qola imza atıb.
Birinci hissənin sonlarında hər iki komandanın baş məşqçiləri Roberto Bordin və Samir Abasov bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə meydandan qovulublar.
Report-un məlumatına görə, bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Netçi" liderliyini davam etdirib. "Zirə" isə bir xalda qalıb.
V turun ilk matçı "Səbail" və "Sabah" komandalarının qolsuz heç-heçəsi ilə başa çatıb. Tura sabah keçiriləcək "Keşlə" — "Sumqayıt" və "Qarabağ" — "Qəbələ" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, V tur
20:30. "Zirə" — "Neftçi" — 1:2
Qol: Dilan Dvunetru, 33 — Mirabdulla Abbasov, 6. Qoran Paratski, 52
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Dalğa Arena"