İDMAN

Ronaldunun gözünün altını kim qaraldıb?

Onun məşq zamanı zədələndiyi güman olunur
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. "Yuventus" klubunda iştirak edən portuqaliyalı futbolçu Kriştianu Ronaldu göz nahiyəsi göyərmiş vəziyyətdə məşqə çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, futbolçunun gözünün altı göyərmiş vəziyyətdə fotosu "Yuventus" klubunun rəsmi saytında dərc olunub. Ronaldunun gözünün altının göyərməsinin səbəbi məlum deyil.

Kriştiano Ronaldo "Yuventus"un məşqləri zamanı. 5 sentyabr 2018-ci il

Mümkün versiya kimi onun “Parma” ilə ötən turun oyununda zədələnməsi göstərilir. Məlumata görə, onun gözünün altı oyun zamanı üzünə dəyən topun zərbəsindən belə hala düşüb.