CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şüşənin üstündəki "dəhşətli hekayələr" dərddən içənləri qorxuda bilərmi

35 dərəcədən yuxarı spirtli içkilərin qablarının üzərində alkoqol qəbulunun insanlar üçün xoşagəlməz nəticələri barədə şəkillərin təsvir olunması təklif edilir
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. 35 dərəcədən yuxarı spirtli içkilərin qablarının üzərində alkoqol qəbulunun insanlar üçün xoşagəlməz nəticələri barədə şəkillərin təsvir olunması təklif edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini İlham Mədətov belə hesab edir.

Qeyd edək ki, artıq bu təcrübə qonşu Rusiyada mövcuddur. Tezliklə eynilə siqaret qutularının üzərində olduğu kimi spirtli içkilərin qablarının üzərində də alkoqoldan istifadənin zərərli təsirlərinin nümunələrinin əksi olacaq. 

"Bir şüşə araq içən uşaq"ın məsələsinə bu gün parlamentdə baxılacaq

Bu təşəbbüslə Rusiyanın Səhiyyə Nazirliyi çıxış edib. Həkimlər bildirirlər ki, alkoqoldan istifadə tütündən istifadədən daha böyük sosial problemlər yaradır. Odur ki, etiketlərin üzərində ən müxtəlif illüstrasiyalar əksini tapa bilər.

Lakin Hidayətov bu təşəbbüsə Rusiyada olduğu kimi qətiyyətli yanaşmır. O, ixtisasca şərabçıdır. Özünün 30 illik təcrübəsinə istinad edərək bildirir ki, heç də bütün spirtli içkilər sağlamlığa ziyan deyil. Misal üçün, əksinə şərabın faydalı xüsusiyyətləri var.

Hidayətovun sözlərinə görə, bir qədəh qırmızı şərab mobil telefonlardan və kompüterlərdən daxil olan şüanı orqanizmdən çıxarmağa qadirdir. Bununla yanaşı, ağ şərab iştahı açır. Arağa gəlincə, bu içki orqanizm tərəfindən kifayət qədər çətin sorulur və ona görə də insana pis təsir edir.

30 dərəcəyədək olan spirtli içkilərin heç biri orqanizmə 40 dərəcəli adi araq kimi güclü zərər vurmur. 

Hitlerin kürsüsündə oturmuş azərbaycanlı: "Partladıcı maddəni araq əvəzinə içəcəkdim..."

Etiketlərlə bağlı təşəbbüsə gəlincə, Hidayətov hesab edir ki, bu təklif istehsalçılar tərəfindən aqressiv qarşılana bilər. Axı onlar əksinə, öz məhsullarının satışını artırmaq üçün onları əlverişli bir şəkildə təqdim etməyə çalışırlar. Alkoqolizmin xoşagəlməz nəticələrini əks etdirən şəkillər isə alıcıları qorxuda bilər.

Bununla belə, ekspert bildirib ki, bu gün Azərbaycanda sertifikatlaşdırılan bütün şərab məhsullarının üzərinə alkoqolun qəbulunun hamilə qadınlar, uşaqlar və süd verən analara məsləhət görülmədiyi qeyd olunur.

Hidayətovun sözlərinə görə, Azərbaycanda əhalinin 15%-20%-i alkoqollu içki qəbul edir. Ən çox içki içilən bölgə isə Quba-Xaçmazdır.

Mövzunu şərh edən AR Səhiyyə Nazirliyi yanında Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov isə əmindir ki, alkoqollu içkilərin üzərinə yeni etiketlərin yapışdırılması siqaret təcrübəsində olduğu kimi arzuolunan nəticəni verməyəcək.

"Rusiyadan fərqli olaraq, bizdə alkoqolla bağlı vəziyyət elə də pis deyil. Bizdə alkoqolizm dünya üzrə ən aşağı səviyyədədir. İkincisi, bu etiketlər çox az adamı içki və siqareti buraxmağa sövq etdirir. Üçüncüsü, alkoqolizm daha çox sosial problemdir"- deyə həkim bildirir. 

Spirtli içki sevənlərə bəd xəbər

O, izah edib ki, bu problem daha çox kasıblar və işsizlər arasında özünü biruzə verir. Alkoqolizmə tez-tez əhalinin aztəminatlı təbəqəsində rast gəlinir. Çünki onlar bu yolla problemlərini yüngülləşdirmək istəyirlər. Ona görə də, şüşənin gözəl olub-olmaması spirtli içki qəbul edən adamlara təsir etmir. Elə insanlar var, onlar hətta "Boyarışnik" (Yemişan cövhəri) içirlər, hansı ki, o, orqanizmin daxilinə qəbul üçün nəzərdə tutulmayıb.

Yeri gəlmişkən, Azərbaycan istehsalçıları Rusiya təcrübəsini qəbul etməyə hazırdır. Misal üçün, "Gəncə Şərab-2" ASC-nin İdarə Heyətinin sədri Saleh Babazadə deyir ki, əgər sözügedən tələb qanunvericilik çərçivəsində nəzərdə tutulsa, onda şirkət həmişə etiketi dəyişməyə hazırdır.

O əlavə edib ki, Azərbaycanda heç kəs özbaşına etiketləri dəyişə bilməz. Çünki bu məsələ qanunla tənzimlənir. Müəyyən edilmiş standartlar var ki, onlara əməl edilməlidir. Bu gün Azərbaycanda araq etiketlərinin üzərinə içkinin adı, istehsalçının adı, şüşənin digər tərəfinə isə istehsal texnologiyası qeyd olunur.

"İçki zərərsiz, təmiz olduğu təqdirdə hansı xəbərdarlıqlar ola bilər ki?" — deyə istehsalçı əlavə edib.