HADİSƏ

Millimizin baş məşqçisi vəfat etdi

56 yaşlı məşqçi I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, taekvondoçu Ayxan Tağızadənin atası idi
Sputnik

BAKI, 30 iyun — Sputnik. Azərbaycan taekvondo ailəsinə ağır itki üz verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün parataekvondo milli yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyev uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Qeyd edək ki, bu ay Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Avropa çempionatına parataekvondo millimiz onsuz yollanmalı olmuşdu.

56 yaşlı məşqçi I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, taekvondoçu Ayxan Tağızadənin atası idi.

Allah rəhmət eləsin!