İDMAN

"Siti" hansı müsəlmana 75 milyon ödəyəcək

"Mançester Siti" Mahrezi qış transfer pəncərəsində də heyətinə qatmaq istəyirdi
Sputnik

BAKI, 24 may — Sputnik. İngiltərənin "Lester" klubu və Əlcəzair millisinin üzvü Riyad Mahrez karyerasını "Mançester Siti"-də davam etdirə bilər. Sputnik Azərbaycan "The Guadian"-a istinadən xəbər verir ki, Mançester təmsilçisi futbolçuya görə 75 milyon funt sterlinq ödəməyə hazırdır.

Riyad Mahrez

Qeyd edək ki, "Mançester Siti" Mahrezi qış transfer pəncərəsində də heyətinə qatmaq istəyib. Lakin onda "Lester" futbolçuya görə 95 milyon funt sterlinq istəmişdi. Nəticədə keçid baş tutmamışdı.