RUSİYA

Dünya şöhrətli ulduza Rusiyada vəzifə verildi

O, öz işinə Rusiyada keçirilən futbol üzrə dünya çempionatından sonra başlayacaq
Sputnik

BAKI, 17 may — Sputnik. Futbol üzrə Argentina milli yığma komandasının keçmiş baş məşqçisi Dieqo Maradona Rusiyanın "Dinamo-Brest" klubuna keçməsini təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, Maradona İnstagram səhifəsində məsələ ilə bağlı bunları yazıb: "Dinamo" futbol klubunun prezidenti postuna gedirəm. Mənə inandıqları üçün təşəkkür edirəm".

Klubdan bildirilib ki, Maradona klubda sədr işini icra edəcək və 3 illik müqavilə bağlayıb. O, öz işinə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatından sonra başlayacaq.