İDMAN

Formula 1-də Luis Hamilton üçün sürpriz

Yarışı 13 pilot davam etdirir
Sputnik

BAKI, 29 aprel — Sputnik. Formula 1 Azərbaycan Qran-Prisində maraqlı anlar davam edir. 

Sputnik Azərbaycan xəbər verir ki, nəfəskəsici yarışda  “Mercedes”in pilotu Valtteri Bottas liderliyi qoruduğu halda son 3 dövrədə qəfil təkərinin sıradan çıxması ilə yarışı dayandırmaq məcburiyyətində qalır. Bu da liderliyi onun komanda yoldaşı Luis Hamiltona verib. 

Qeyd edək ki, yarışın bitməsinə son 3 dövrə qalıb və yarışı 13 pilot davam etdirir.